"Meta" İsraillə əlaqəli hesabları bağladı
    • 30-05-2024, 13:20
    • 143

"Meta" İsraillə əlaqəli hesabları bağladı

Meta tərəfindən dərc edilən 2024-cü ilin birinci rübü üçün təhdid hesabatında Banqladeş, Çin, Xorvatiya, İran və Rusiya kimi ölkələrdə pozulan gizli təsir kampaniyaları haqqında məlumatlar paylaşılıb. 

News24.az xəbər verir ki, hesabatda qeyd edilib ki, İsrail mərkəzli "koordinasiya edilmiş qeyri-əsaslı davranış" şəbəkəsi süni intellekt tərəfindən yaradıla bilən şərhləri media qurumları və ictimai xadimlərin səhifələrində dərc edir. Bu şərhlər tez-tez real istifadəçilərdən tənqidi cavablar alır və onları "təbliğat" kimi xarakterizə edir.

Onu da bildirək ki, hesabatda 510 Facebook hesabı, İsraildən 11 səhifə və bir qrup, İnstaqramda isə 32 hesabın sözügedən davranışla şirkət siyasətini pozduğu üçün silindiyi, bu şəbəkənin xüsusilə ABŞ və Kanadadakı auditoriyanı hədəf aldığı qeyd edilib.

Günel Məlikzadə