"ABŞ-ın İsraildən, İsrailin də ABŞ-dan böyük dostu yoxdur
    • 30-05-2024, 15:20
    • 157

"ABŞ-ın İsraildən, İsrailin də ABŞ-dan böyük dostu yoxdur"

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi və 2024-cü il ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından Donald Trampa rəqib olan, lakin kifayət qədər dəstək ala bilmədiyi üçün prezidentliyə namizədlik yarışından geri çəkilən Nikki Heyli dünən İsrailə səfər edib.

News24.az xəbər verir ki, Heyli səfəri zamanı İsrailin mülki şəxslərə qarşı istifadə etdiyi artilleriya mərmisinin üzərinə “Onları bitirin” yazıb.

Fotosu dünyanın manşetlərinə səbəb olan Heyliyə reaksiyalar yağıb.

“ABŞ-IN İSRAİLDƏN, İSRAİLİN DƏ ABŞ-DAN BÖYÜK DOSTU YOXDUR”


İsrailin xarici işlər naziri Yisrael Katz müzakirələrin mərkəzində olan Heyliyə dəstək verərək, “Bu axşam Nikki Heyli ilə gözəl görüş keçirdik. İsrailə həmrəylik ziyarətinə gələn ən böyük dostlarımızdan biridir. Qarşılaşdığımız çətinlikləri müzakirə etdik və girovlarımızı geri qaytarmaq, qanlı terror təşkilatı Həmas-ı məhv etmək səylərimizə sarsılmaz dəstəyinə görə ona təşəkkür etdim. Birləşmiş Ştatların İsraildən, İsrailin isə ABŞ-dan böyük dostu yoxdur və Nikki Heyli kimi dostlar sayəsində belə qalacaq”, - deyə o bildirib.

Günel Məlikzadə