ABŞ-dan İsrailə tam dəstək
    • 29-05-2024, 09:57
    • 133

ABŞ-dan İsrailə tam dəstək

İsrailin Rəfahda törətdiyi qırğınla bağlı yenidən ABŞ administrasiyasından ziddiyyətli açıqlamalar gəlib.

News24.az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik sözçüsü Con Kirbi İsrailin tam araşdırmasından məmnun olduqlarını bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Miller İsrailin ilkin araşdırmanı yenicə başa çatdırdığını və tam araşdırmaya başlayacağını bildirib.

Miller, İsrailin qanuni hədəfi aradan qaldırdığını, lakin bu sırada çadırlarda yanğının baş verdiyini iddia edib.

Kirbi Rəfahda baş verənlərə göz yummadıqlarını və ABŞ-ın narahatlığını İsrailə çatdırdıqlarını bildirib.

O, İsrailin ABŞ-ın qırmızı xəttini keçmədiyini iddia edib.

Qəzzaya atılacaq bombanın üzərində "Bitir onları" mesajı

Vaşinqtonun İsrailə bəraət qazandırmaq səyləri davam edərkən, ABŞ siyasətinin məşhur adlarından birinin yer aldığı qan donduran foto çərçivə təqdim edilib.

ABŞ-da vitse-prezidentlik üçün adı çəkilənlərdən Nikki Heyli İsrailə gedib. Qəzzaya atılacaq bombalardan birinin üzərinə “bitir onları” yazıb.

ABŞ-ın BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının keçmiş senatoru Nikki Heyli İsrail-Livan sərhədindəki hərbi obyektə baş çəkərək İsrailə dəstəyini təkrarlayıb.

Burada o, bombaların üzərinə “Onları Bitir” yazıb, ABŞ və İsrail arasında ürək işarəsi çəkib.

Qeyd edək ki, ABŞ-da Bayden administrasiyası və Konqres İsrailə tam dəstəyini davam etdirir.


Günel Məlikzadə