Dünyada ilk: insanlara diş çıxaran dərman veriləcək
    • 30-05-2024, 21:41
    • 266

Dünyada ilk: insanlara diş çıxaran dərman veriləcək

Dünyada ilk diş çıxaran dərmanın insanlarda klinik sınaqları sentyabr ayında başlanacaq.

News24.az Publika.az-a istinadən xəbər verir ki, dərman bütün sınaqlardan keçərsə, 2030-cu ildə bazara çıxacaq.

2025-ci ilin sentyabr-avqust ayları arasında Kyoto Universitet Xəstəxanasında keçiriləcək sınaqda ən azı bir azı dişi əskik olan 30-64 yaşlı 30 kişi müalicə olunacaq.

İlkin 11 aylıq mərhələdən sonra tədqiqatçılar dərmanı anadangəlmə diş çatışmazlığı səbəbindən ən azı dörd dişi əskik olan 2-7 yaş arası xəstələrdə sınaqdan keçirəcəklər. Tədqiqatçılar daha sonra sınağı qismən dişsizliyi olan və ya ətraf mühit faktorlarına görə 1-5 daimi dişi olmayan insanları əhatə edəcək şəkildə genişləndirməyi planlaşdırırlar.