İsrail bir məktəbi vurdu
    • 30-05-2024, 23:20
    • 179

İsrail bir məktəbi vurdu

Qəzza zolağının şimalına sığınan hadisə şahidləri bildiriblər ki, İsrail ordusu Cibaliyə Qaçqınlar Düşərgəsinin bəzi hissələrindən geri çəkilib.

News24.az xəbər verir ki, ordunun geri çəkilməsindən sonra fələstinlilərin düşərgədəki məktəbə sığındığı, İsrail ordusunun isə pilotsuz uçuş aparatları (PUA) ilə sözügedən məktəbi bombaladığı bildirilib.

Qeyd edək ki, hücumda ölən və yaralananların olduğu bildirilsə də, sayı dəqiqləşdirilməyib.

Günel Məlikzadə