Həbsxanada kütləvi zəhərlənmə
    • 31-05-2024, 08:55
    • 178

Həbsxanada kütləvi zəhərlənmə

Ədirnə Tarım Açıq Cəza Müəssisəsində 108 məhkum axşam yeməyində toyuq və düyü yeyib.

News24.az xəbər verir ki, məhkumlarda bir müddət sonra zəhərlənmə əlamətləri görünəndə onlar xəstəxanalara aparılıb. Müalicə alan 108 nəfər sonra yenidən həbsxanaya aparılıb.

Qeyd edək ki, məhkumların müalicəsi zamanı xəstəxanalarda jandarma və islah işçiləri də təhlükəsizlik tədbirləri görüb. Məhkumların zəhərlənməsi ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə