Rusiya üçün KABUS
    • 3-06-2024, 19:11
    • 125

Rusiya üçün KABUS

Ukrayna silahlı qüvvələri “Patriot” hava hücumundan müdafiə sistemi vasitəsilə Rusiya təyyarəsini Rusiyanın öz ərazisi üzərində vura biləcək.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, belə bir etiraf Bundesverdə Ukrayna üzrə vəziyyət mərkəzinə rəhbərlik edən general-mayor Kristian Freydinq tərəfindən ARD telekanalına verdiyi müsahibə zamanı gəlib.

“Tamamilə mümkündür ki, “Patriot” sistemləri Xarkov bölgəsində və Rusiya üzərində də istifadə olunacaq. Onlar beynəlxalq hüquq çərçivəsində tətbiq oluna bilər. Ukraynalılar həmin zərbələri böyük taktiki məharətlə yerinə yetirəcək və uğur qazanacaqlar”, - deyə K.Freydinq bildirib.