"Uğur əngəl tanımır" layihəsinə start verilib
    • 3-06-2024, 18:30
    • 992

"Uğur əngəl tanımır" layihəsinə start verilib

"Emedia Group" Media Təşkilatı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına həsr olunan "Uğur əngəl tanımır"  layihəsinə start verib. 

News24.az bildirir ki, layihə çərçivəsində "Emedia Group" Media Təşkilatının rəhbərliyi ilə  "Alioglu" Media Group tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uğur əngəl tanımır" videoçarxı ərsəyə gətirilib. Videoçarxda yer alan autizm spektr pozuntusundan, Daun sindromundan, kistik fibrozdan əziyyət çəkən və koxlear implantlı uşaqlar sağlamlıq imkanları məhdud uşaqların səsi oldular. Bu, uğura gedən yolda məhdudiyyətləri aşmağın mümkün olduğuna edilən çağırışın sadəcə təməlidir.

Layihənin davamı müxtəlif dövlət qurumlarının iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunan "UĞUR ƏNGƏL TANIMIR" mövzusunda konfransda həyata keçiriləcək. İyunun 15-də "Badamdar hotel and residences"də keçiriləcək konfrans saat 17:00-da start götürəcək.