Robotlar uşaqları da əlimizdən "aldı": həm də bu üsulla
    • 4-06-2024, 21:55
    • 184

Robotlar uşaqları da əlimizdən "aldı": həm də bu üsulla

3-6 yaş arası uşaqlar üzərində maraqlı araşdırma aparılıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, alimlər müxtəlif mənbələrdən alınan ziddiyyətli məlumatların bu yaşlarda necə qəbul edildiyini araşdırmaq üçün 111 uşaq üzərində təcrübə aparıblar.

3-6 yaş arası uşaqlar əvvəlcə insanların və robotların hazırladığı müxtəlif videolara baxıblar. Bu videolarda uşaqların tanıdığı əşyalar olsa da, bir tərəf həmişə düzgün ad, digər tərəf isə daim yanlış ad verib.

Daha sonra uşaqlardan videolardakı hansı təsvirin düzgün olub-olmaması soruşulub. Uşaqlar testin birinci mərhələsində ardıcıl olaraq düzgün ad verən tərəfə, yəni robota inanıblar. Bununla belə, həm insanın, həm də robotun etibarlı olduğu situasiyalarda uşaqlar robotun tanımadığı obyektləri təsvir etməsinə daha çox üstünlük veririblər. Xüsusilə bu tendensiya kiçik uşaqlarda müşahidə edilib.

“Computers in Human Behavior” elmi jurnalında dərc olunan tədqiqat uşaqların robotlara daha çox güvəndiyini bir daha təsdiq edib.