Montella: Bu, yoldaşlıq görüşü kimi deyildi
    • 5-06-2024, 08:48
    • 201

Montella: Bu, yoldaşlıq görüşü kimi deyildi

Montella Bolonyadakı Renato Dall'Ara stadionunda oynanılan matçdan sonra təşkil edilən mətbuat konfransında açıqlama verib.

News24.az xəbər verir ki, ilk olaraq zədə səbəbindən oyunu tərk edən milli futbolçu Ozan Kabakın durumu ilə bağlı danışan Montella, "Çox təəssüf edirik. Məsələ ilə bağlı məlumat ala bilmədik, gözləyirik. Bu nöqtədə hər kəsin xəyalları var. O arzularını həyata keçirərkən belə zədə alması hamımızı çox kədərləndirdi” deyib.

Çətin matç olduğunu xatırladan Montella, "Yoldaşlıq matçı kimi deyildi. Baxdığınız zaman meydanda axtardığımız komanda ruhunu ələ keçirmək fürsətimiz oldu. Matçın sonlarına doğru, komandalar yorğun idi, amma ümumi olaraq, balanslı bir matç idi" deyə bildirib.

Montella italyan jurnalistə "AVRO-2024-də Türkiyə olaraq məqsədiniz nədir?" sualına isə o, "Deyə bilərəm ki, ən gənc milli komandayıq. Bu, ardıcıl üçüncü çempionatımızdır ki, Avropa çempionatında uğur qazanırıq. Son iki Avropa çempionatında qrupdan keçə bilmədik. Çempionatlar böyük arzuları olan insanam, böyük xəyallar qurarkən kiçik addımlarla irəliləməyi sevən biriyəm. Ona görə də bizim ilk hədəfimiz qrupu uğurla başa vurmaqdır”-deyə cavab verib.

Günel Məlikzadə