Ailələr arasında bıçaqlı dava
    • 5-06-2024, 09:18
    • 163

Ailələr arasında bıçaqlı dava

Türkiyədə eyni küçədə yaşayan iki əfqan ailənin uşaqları oynayarkən mübahisə ediblər.

News24.az xəbər verir ki, şifahi mübahisə davaya çevrildiyi üçün Ağamir H. (27), Selami H. (20) və Gülzamir H. (27) bıçaqla xəsarət alıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çoxlu polis və tibb işçiləri göndərilib.

Yüngül xəsarətlər alan Gülzamir H., ağır yaralı olduqları bildirilən Ağamir H. və Selami H. isə xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, hadisə ilə bağlı 2 nəfər saxlanılıb, 3 şübhəlinin isə axtarıldığı bildirilib. İstintaq davam edir.

Günel Məlikzadə