ABŞ səfirliyinə silahlı hücum edildi
    • 5-06-2024, 11:10
    • 140

ABŞ səfirliyinə silahlı hücum edildi

Livanın paytaxtı Beyrutdakı ABŞ səfirliyinə hücum edilib.

News24.az xəbər verir ki, Livan ordusunun sosial media hesabından verdiyi açıqlamaya görə, Suriya vətəndaşı səfirliyin girişinin ətrafına atıcı silahlardan atəş açıb.

Hücumu təşkil edən şəxsin Livan qüvvələri tərəfindən güllələnərək yaralandığı və xəstəxanaya aparıldığı bildirilib.

Hücumla bağlı istintaqın davam etdiyi qeyd edilib.

Günel Məlikzadə