229 saylı məktəbdə şəhidin xatirəsi yad edildi - FOTO / VİDEO
    • 6-06-2024, 12:15
    • 389

229 saylı məktəbdə şəhidin xatirəsi yad edildi - FOTO / VİDEO

Bir şəhidin uğruna canını verib keçdiyi xeyallarıdır, əslində vətən. Bir ananın gözlerindən axan yaşın torpaqdakı əksidir, vətəni vətən edən. O vətənə özünü sipər edən şəhidlərdən biri də Qasımov Hacıəli Tahir oğludur. 

News24.az xəbər verir ki, 229 saylı tam orta məktəbin direktoru Vüsalə Məmmədovanın təşkilatçılığı ilə şəhid Hacıəli Qasımovun adını daşıyan 4 b sinfi onun əziz xatirəsinə həsr etdikləri şeirlərlə, vətən motivli mahnılarla gələn qonaqları kövrəltdilər. Tədbirdə "Liatris Holding" MMC-nin rəhbəri Ruhiyyə Əliyeva, millət vəkili Arzu Nağıyev, Müşfiq Məmmədli, şəhidin ailə üzvləri və bir sıra qonaqlar iştirak ediblər.