Valideyn direktoru zəncirlə döydü - ANBAAN VİDEO
    • 6-06-2024, 11:56
    • 176

Valideyn direktoru zəncirlə döydü - ANBAAN VİDEO

Türkiyədə məktəb direktoru və daha bir işçi şagirdin valideyni tərəfindən zəncirlə döyülüb.

News24.az xəbər verir ki, hadisə Çorumda baş verib.

İddiya görə, direktor halı pişləşən şagird üçün məktəbə təcili tibbi yardım briqadası çağıraraq onu xəstəxanaya göndərib. Şagirdin İraq vətəndaşı olan iki qohumu hadisəni eşidən kimi əvvəlcə xəstəxanaya, sonra isə məktəbə gəliblər.

İki nəfər əllərində zəncirlə məktəb direktoru və digər işçiyə “Niyə xəbər vermədiniz?” deyərək hücum ediblər.

Səsləri eşidən və digər müəllimlərin gəldiyini görən şübhəlilər məktəbdən qaçıblar. Hadisə yerinə polis və tibb qrupu sövq edilib.