Məşhur aktyor həbsxanada ölü tapıldı
    • 6-06-2024, 15:30
    • 986

Məşhur aktyor həbsxanada ölü tapıldı



"Netflix"in ulduzu Con Mak Allister həbsxanada ölü tapılıb.

News24.az Lent.az-a istinadən xəbərinə görə, "Netflix" platformasında yayımlanan “Unlocked A Jail Experiment” ("Kilidi açılan həbsxana eksperimenti") serialının ulduzu Con MakAllister 29 yaşında vəfat edib.

Onun meyiti Arkanzas ştatının Pine Bluff şəhərindəki həbsxana kamerasında tapılıb.

McAllister səhər saatlarında Cefferson Regional Tibb Mərkəzinə aparıldıqdan sonra ölüb. O bir ay sonra azadlığa buraxılmalı idi.

14 həbs cəzası almış aktyor çoxsaylı cinayətlər, o cümlədən narkotiklərlə əlaqəli 10 cinayət, oğurluq və qeyri-qanuni odlu silah saxladığına görə cəza çəkirdi.