Bu hava limanı fəaliyyətini müvəqqəti dayandırdı
    • 10-06-2024, 11:20
    • 104

Bu hava limanı fəaliyyətini müvəqqəti dayandırdı

İyunun 10-da səhər saatlarında mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

News24.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako Federal Hava Nəqliyyatı Agentliyinin Telegram kanalında məlumat verib.

Məlumata görə, Moskva vaxtı ilə 08.02-dən etibarən hava məkanı müvəqqəti olaraq uçuşlar göndərmir və qəbul etmir. 

“Təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür”, - deyə məlumatda qeyd edilib.

Mehriban Mirzəzadə