4 akademikə bıçaqla hücum edildi
    • 11-06-2024, 17:45
    • 250

4 akademikə bıçaqla hücum edildi

Bu gün səhər saatlarında Çində turizm parkını ziyarət edərkən ABŞ-ın 4 universitet müəlliminin bıçaqlanması ilə nəticələnən hücumda şübhəli bilinən şəxs tutulub.

News24.az xəbər verir ki, Cilin əyalət polisi, soyadının Cui olduğu bildirilən 55 yaşlı şübhəlinin tutulduğunu açıqlayıb.

Açıqlamada, təcavüzkarın Beyşan parkını ziyarət edərkən ABŞ vətəndaşlarından biri ilə "toqquşduğu", daha sonra onu və yanındakı 3 əcnəbini bıçaqladığı qeyd edilib.

Hadisə zamanı hücum edənin qarşısını almağa çalışan çinli turistin də yaralandığı, hücumun səbəbinin hələlik məlum olmadığı bildirilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən gündəlik mətbuat konfransında 4 əcnəbi müəllimin bıçaqla hücuma məruz qaldığını təsdiqləyərək, Çin polisinin ilkin tapıntılara görə hücumu "təcrid hadisəsi" hesab etdiyini bildirib.

Sözçü Lin, yaralıların tez bir zamanda xəstəxanaya çatdırıldığını və lazımi müdaxilələrin edildiyini və onların heç birinin səhhətinin kritik olmadığını qeyd edərək, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

NƏ OLMUŞDU?

Xatırladaq ki, Çində qonaq olan ABŞ-ın Kornell Universitetinin 4 müəllimi səhər saatlarında bıçaqla hücuma məruz qalıb.

Hücumdan sonra uzun müddət heç bir açıqlama verilməyib, hadisə ilə bağlı sosial şəbəkələrdəki paylaşımlar da senzuraya məruz qalıb.

Yerli polis departamenti hücumda şübhəli bilindiyi bildirilən Cui soyadlı şəxsin fotosunu və şəxsiyyətini təsdiq edən məlumatları yayımlayaraq həbs edilməsinə göstəriş verib.

Kornell Universitetindən verilən açıqlamada Çinin Beyhua Universiteti ilə əməkdaşlıq proqramı çərçivəsində fakültənin professor-müəllim heyətinin ölkədə qonaq olduqları bildirilib.

ABŞ Dövlət Departamentinin rəsmiləri də hadisədən xəbərdar olduqlarını və onu yaxından izlədiklərini bildiriblər.

Günel Məlikzadə