Ərdoğan və Putin bu tarixdə görüşəcək
    • 12-06-2024, 09:07
    • 202

Ərdoğan və Putin bu tarixdə görüşəcək

Türkiyə prezidenti Ərdoğanla Putinin çoxdan gözlənilən görüşünün vaxtı açıqlanıb. Putin, “Bildiyim qədər, Ərdoğan 3-4 iyul tarixlərində beynəlxalq tədbir çərçivəsində Astanada olacaq və onunla görüşmək, bütün məsələləri müzakirə etmək imkanımız olacaq” deyib.

News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Türkiyə ilə əlaqələrinin inkişafını alqışladığını bəyan edərək, “Bütün inkişaflar dostum Türkiyə prezidenti Ərdoğanın rəhbərliyi və birbaşa dəstəyi ilə baş verir” deyib.

Kremldən verilən məlumata görə, Putin xarici işlər naziri Hakan Fidanı Kreml sarayında qəbul edib.

Nazir Fidanın Rusiyanın Nijni Novqorod şəhərində BRİKS üzvü olan ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü ifadə edən Putin, "Türkiyənin BRİKS-in işinə olan marağını alqışlayırıq. Onun bu Birlik ölkələri ilə birlikdə olmaq istəyini hər cəhətdən mütləq dəstəkləyəcəyik" deyə bildirib.

Ötən il artıma baxmayaraq bu il iki ölkənin ticarət həcmində azalma olduğuna diqqət çəkən Putin, bunun əsas səbəbinin ixrac və idxal olunan malların qiymətində düzəliş olduğunu, bu vəziyyəti kompensasiya edəcəyinə ümid etdiklərini söyləyib.

Günel Məlikzadə