Bayden tədbirdə donub qaldı - VİDEO
    • 12-06-2024, 10:12
    • 229

Bayden tədbirdə donub qaldı - VİDEO

Ağ Evdə keçirilən “On İyun Milli Müstəqillik Günü” qeyd etmələri çərçivəsində hamı rəqs edərkən ABŞ prezidenti Co Bayden bir müddət hərəkətsiz qalıb.

News24.az xəbər verir ki, iyunun 19-da qeyd olunacaq milli bayram öncəsi keçirilən tədbirdə iştirakçılar qrupa rəqs edərkən Bayden bir dəqiqədən çox “donub”.

Görüntülərdə Corc Floydun qardaşı Philonise Floydun Baydenin yanında rəqs etdiyi və Baydenin hərəkətsiz dayandığını görərək qolunu onun çiyninə qoyub.

Qeyd edək ki. Bayden daha əvvəl dəfələrlə yerə yıxılan görüntüləri ilə mediada görünüb. Məsələn, təyyarəyə minərkən pilləkənlərdən və velosipedindən yıxılması, ayağı qum torbasına ilişərək uzun müddət yerdən qalxa bilməməsi və ya danışdıqdan sonra kürsüdəki qəribə hərəkətləri ilə də Bayden gündəm olub.

Günel Məlikzadə