-
- 12-06-2024, 13:00
- 1 037
Xanım rejissor həbsxanada öldürüldü
Tanınmış tənqidçi rejissor, ictimai xadim, 2022-ci ilin etiraz aksiyalarında həbs edilən Bəharə Lellahi Haci Delayi həbsxanada öldürülüb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınlarına istinadən insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, xanım rejissorun nəşi ailəsinə xəbər verilmədən Kərəcin “Behişte Səkinə” qəbiristanlığında dəfn edilib.
Bildirilib ki, son dəfə 2024-cü ilin fevral ayında həbs olunan Bəharə ilə əlaqə kəsilib, onun harada saxlanıldığı barədə ailəsinə açıqlama verilməyib. Bir neçə gün əvvəl 40 yaşlı rejissorun ailəsi təhlükəsizlik qüvvələrinə bağlı şəxslərə külli miqdarda rüşvət verdikdən sonra onun gizli şəkildə dəfn edildiyi məzarı tapa biliblər.
Bəharə Lellahinin ailəsinə yaxın mənbələr təhlükəsizlik qüvvələrinin məsələnin ictimailəşdirilməməsi üçün ailəni təhdid etdiklərini qeyd ediblər.