ADY: Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək
    • 12-06-2024, 17:12
    • 175

ADY: Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək

Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.