Paşinyanın açıqlaması İrəvanı qarışdırdı – Köçəryan hücum əmri verdi
    • 13-06-2024, 11:11
    • 173

Paşinyanın açıqlaması İrəvanı qarışdırdı – Köçəryan hücum əmri verdi

Baş verənlər Ermənistanın müstəqillik və suverenliyinə hücum idi.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın son təxribatlarını şərh edərkən deyib.

“Xronologiya maraqlıdır, hücum çağırışı baş nazirin (Nikol Paşinyan) KTMT-dən çıxmaqla bağlı açıqlamasından sonraya təsadüf etdi. Qoy müxalifət düşünməsin ki, xuliqanlıqla və kənardan təlimatlarla Ermənistan daxilində iğtişaşlar törədə biləcəklər”, - spiker qeyd edib.

Simonyanın sözlərinə görə, bütün baş verənlərdən katalikos II Qaregin məsuliyyət daşıyır:

“Buna cavab qanunla alınmalıdır. Əgər dövlət orqanlarına hücum edirsənsə, cavabını da verməlisən. Hansısa Kanada vətəndaşı (Baqrat) boynuna xaç asaraq gələrək binaya soxulur. O Kanada vətəndaşı başa düşməlidir ki, ümid verdiyi insanlar getdikcə azalır.

Köçəryanlar kilsənin arxasında gizləniblər, artıq qorxudan polisə hücum edirlər”.

Dünən axşam saatlarında Qalstanyan və dəstəsi İrəvanda vəziyyəti gərginləşdirib, etirazçıların polislərə hücumu qarşıdurmaya səbəb olub. Nəticədə 17-si polis olmaqla 100-dən çox insan yaralanıb. 100-ə yaxın etirazçı saxlanılıb.