Nohur göldə daşma riski yarandı - RƏSMİ
    • 13-06-2024, 15:30
    • 145

Nohur göldə daşma riski yarandı - RƏSMİ

Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən Nohur gölündə daşma riski yaranıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, güclü yağıntılar səbəbindən gölün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.