ABŞ səfirliyindən hərbçilərin ölümü ilə bağlı başsağlığı
    • Bu gün, 17:56
    • 47

ABŞ səfirliyindən hərbçilərin ölümü ilə bağlı başsağlığı

ABŞ-nin Azərbaycandakı səfirliyi Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusun ölümü ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Dörd Azərbaycan hərbçisinin faciəvi ölümü ilə bağlı onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.