Saç əkdirmək istəyən kişi ÖLDÜ – Həkim xəstəxanadan QAÇDI
    • 13-06-2024, 18:35
    • 22 563

Saç əkdirmək istəyən kişi ÖLDÜ – Həkim xəstəxanadan QAÇDI

Türkiyənin Kahramanmaraş vilayətində yaşayan əcnəbi vətəndaş Yasin Dibo saç transplantasiyası üçün getdiyi xəstəxanada dünyasını dəyişib.

News24.az medianews.az-a istinadla xəbər verir ki, atasının sağ-salamat xəstəxanaya getdiyini və xəstəxanadan qəfil ölüm xəbəri aldıqlarını bildirən Yasin Dibonun oğlu Muhammed Dibo həkimin qaçdığını bildirib.

“Xəstəxananın hazırladığı sənədləri imzalamağa məcbur etdilər, amma etmədik. Bu vəziyyəti görən həkim xəstəxanadan qaçdı”,-deyə Muhammed Dibo bildirib.

Xəstəxana rəhbərliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib. Hazırda faktla bağlı araşdırmalar davam edir.