Tanınmış müğənni xərçəngə tutuldu
    • 13-06-2024, 18:45
    • 887

Tanınmış müğənni xərçəngə tutuldu

Müğənni Kevin Conas xərçəng xəstəliyinə görə üzündən əməliyyat olunduğunu etiraf edib.

News24.az olay-a istinadən bildirir ki, 36 yaşlı sənətçi bu barədə İnstaqramda danışıb.

"Jonas Brothers" qrupunun üzvü ona bazal hüceyrəli karsinoma diaqnozu qoyulduğunu söyləyib. O, alnında böyüyən şişi göstərib.

"Bəli, bu böyüməyə başlayan əsl kiçik xərçəngdir. İndi əməliyyata ehtiyacım var", - o, müdaxilədən əvvəl lentə alınan videoda bildirib.

O, əməliyyatdan sonra video çəkərək çapıq yerini emoji ilə örtüb.

"İndi mən sağalmaq üçün evə gedəcəm. Millət, xallarınızı yoxlayın!", - deyə, yekunlaşdırıb.