Ərdoğanı İtaliyada baş nazir qarşıladı
    • 14-06-2024, 23:40
    • 193

Ərdoğanı İtaliyada baş nazir qarşıladı

İtaliyanın Bari şəhərində dünya liderlərinin iştirak etdiyi G7 sammiti davam edir.

News24.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada keçirilən G7 sammitinin ikinci günündə keçirilən sessiyada iştirak etmək üçün İtaliyaya gedib.

Ərdoğanı İtaliyanın baş naziri Corciya Meloni qarşılayıb.

Qeyd edək ki, G7 liderləri bu gün bəyanat layihəsini dərc ediblər.

Bəyannamənin əsas maddələri Ukraynadakı müharibə ilə bağlı Rusiya və Çinə qarşı tədbirlərin davam etdirilməsinə yönəlib.

Bəyannamədə İrana nüvə enerjisi ilə bağlı xəbərdarlıqlar da yer alıb.

Günel Məlikzadə