ABŞ-da tədbir zamanı atışma: ölənlər var
    • 16-06-2024, 21:21
    • 193

ABŞ-da tədbir zamanı atışma: ölənlər var


ABŞ-ın Texas ştatının Raund Rok şəhərində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə “Old Settlers” parkında Köləliyin Ləğvi Gününə ("Juneteenth") həsr olunmuş mərasimdə qeydə alınıb. Tədbir zamanı iki qrup arasında mübahisə yaranıb və iştirakçılardan biri kütləyə atəş açıb. Hadisə zamanı 2 nəfər ölüb. İlkin məlumatda ikisi azyaşlı olmaqla 6 nəfərin xəsarət aldığı bildirilir. Polis şübhəli şəxslərin kimliyini araşdırır.