Sensasiya - Telefon dövrü bitir
    • 17-06-2024, 11:55
    • 23 156

Sensasiya - Telefon dövrü bitir

İnsanlar gələcəkdə telefonlardan istifadəni dayandıracaq, onları Neuralink beyin implantları əvəz edəcək.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə amerikalı iş adamı milyarder İlon Mask X sosial şəbəkəsində bildirib.

“X tərəfindən hazırlanmış yeni telefonu ağlınızla idarə etmək üçün beyninizdə Neuralink interfeysi tətbiq etmək istərdinizmi?” sualına Mask belə cavab verib: "Gələcəkdə ChatGPT-ni yaradan OpenAI texnologiya şirkəti və ya Meta korporasiyasının inkişaflarından istifadə etməkdənsə, X şirkətinin çipindən istifadə etməyə üstünlük verəcəm".