İsrail ilk dəfə BURA hücum etdi
    • 19-06-2024, 16:22
    • 204

İsrail ilk dəfə BURA hücum etdi

İsrail ordusu ilk dəfə Livanın cənubundakı bir bölgəyə hücum edib.

News24.az Livanın rəsmi agentliyi NNA-nın xəbərinə istinadən bildirir ki, İsrail ordusuna aid döyüş təyyarələri Sur şəhərinin şimal giriş yolundakı Şabriha kəndinə ardıcıl iki dəfə hücum edib.

NNA başqa bir xəbərdə, hücumda Şabriha ilə Burqaliye qəsəbəsi arasındakı sahil bölgəsində yerləşən 3 mərtəbəli binanın hədəf alındığını bildirib.

Hücumla bağlı ölən və yaralananlar barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, Livan mediasının yaydığı görüntülərdə hava hücumunun Sur şəhərinə çox yaxın məsafəni hədəf aldığı, şəhərin şimal girişindən təxminən 3 kilometr aralıda kəndin üzərindən tüstünün qalxdığı görülüb.

Günel Məlikzadə