Akkumulyator zavodu yandı - Ölənlər var - VİDEO
    • 24-06-2024, 12:25
    • 340

Akkumulyator zavodu yandı - Ölənlər var - VİDEO

Cənubi Koreyanın Xvasonq şəhərində yerli vaxtla saat 10.30 radələrində naməlum səbəbdən litium akkumulyator zavodunda yanğın baş verib.

News24.az Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, fabrikdəki yanğından sonra təxminən 20 cəsəd tapılıb.

Hwaseong yanğınsöndürmə briqadasının verdiyi açıqlamada, yanğının fabrikdə 35 mindən çox akkumulyatorun səbəb olduğu partlayışlara görə qısa müddətdə böyüdüyü bildirilib.

Alovlara müdaxilə etmək üçün bölgəyə 50 yanğınsöndürən maşını və 150 canlı qüvvənin göndərildiyi qeyd edilərkən, davam edən partlayışların söndürmə işlərini çətinləşdirdiyi bildirilib.

Qeyd edək ki, səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdırlar.

Günel Məlikzadə