575 hektar ərazi yandı
    • 19-06-2024, 15:33
    • 158

575 hektar ərazi yandı

Türkiyə - Çanaqqalada əkin sahəsində naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı sosial media hesabından verdiyi açıqlamada yanğının küləşin yanması ilə başladığını və meşəyə keçdiyini bildirib.

Alov sürətlə ətrafdakı meşə ərazisinə keçib.

Ətrafdakı bir çox yaşayış məntəqəsindən tüstüləri görünən yanğının baş verdiyi yerə Çanaqqala Meşə Region Müdirliyi qrupları göndərilib.

Yanğına 9 helikopter və 6 təyyarə ilə havadan müdaxilə edilib. Hava qaraldıqca 540 personal gecəgörmə vertolyotu, 94 su maşını və iş maşınlarından ibarət quru maşını ilə müdaxilə edib.

Qeyd edək ki, yanğın səbəbiylə Çanaqqalada gəmilərin hərəkəti bir istiqamətdə dayandırılıb. Söndürmə işləri çətinliklə davam edir.

Günel Məlikzadə