Oliqarxların puluna həbs qoyuldu - Məhkəmə qərarı
    • 24-06-2024, 22:09
    • 214

Oliqarxların puluna həbs qoyuldu - Məhkəmə qərarı

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski və MFO MENATEP-in keçmiş rəhbəri Platon Lebedevin hesablarına əl qoyulub.

News24.az konkret.az-a istinadla xəbər verir ki, Moskva Meşçanski Məhkəməsi onların hesablarında olan 1,4 milyard rublu müsadirə edib. Vəsaitlərin dövlət gəlirinə çevrilməsinə qərar verilib.

Qeyd edək ki, Baş Prokurorluq “Trast Bank”dakı hesablarda saxlanılan təxminən 1 milyard rubl və 2 milyon dollara yaxın vəsaitin qaytarılmasını istəyib.

Əvvəllər də Xodorkovski və Lebedevin əmlakı dövlət gəlirinə çevrilib. Rusiyanın baş prokuroru İqor Krasnov qeyd edib ki, bu günə qədər müsadirə edilən əmlakın dəyəri təxminən 10 milyard rubl qiymətləndirilir.