Messi özünü öldürmək istəyib - ŞOK
    • 26-06-2024, 21:16
    • 252

Messi özünü öldürmək istəyib - ŞOK

Argentina millisinin hücumçusu Lionel Messi komandasının Fransa ilə qarşılaşdığı DÇ-2022-nin final matçında keçirdiyi hissləri şərh edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Messi həmin qarşılaşmada özünə tənqidi yanaşdığını bildirib.

“Mən həmişə özümü çox tənqid etmişəm. Çox vaxt hər epizodda iştirak etmirəm, amma oyunda iştirak etməyi və bundan sonra nə olacağını görməyi dayandırmıram. Öz-özümlə danışmağa və oyundan ayrılmamağa çalışıram.

Bəzən özümə hirslənirəm. Məsələn, Fransa ilə dünya çempionatı matçında topu itirərkən özümü öldürmək istəyirdim. Baxmayaraq ki, top itkisi qapımızdan uzaqda olmuşdu.

Bəli, həmin matçda tamamilə özünütənqid ruhunda idim. Bu da mənə özümü toparlamağ kömək edirdi”, - Messi bildirib.