1 aya sülh əldə oluna bilər? - Deputat
    • 28-06-2024, 11:43
    • 321

1 aya sülh əldə oluna bilər? - Deputat

Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasına heç olmadığımız qədər çox yaxınıq.

News24.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov bildirib.

Sülh prosesinə yaxın olmağımızın ilk baxışdan belə göründüyünü, deyən Elman Nəsirov sözlərinə belə davam edib:

"Ermənistan Xarici İşlər Naziri maksimum 1 aya sülhün əldə olunacağını deyir. Bu zaman belə bir sual ortaya çıxır ki, o zaman bu prosesə mane olan mədir? Ermənilər öz konistitutsiyalarında Azərbaycan və Türkiyəyə olan ərazi iddialrından əl çəkmir. Onlar refendumla bağlı hər hansı bir addım atmırlar. Yenə də deyirəm ki, əvvəlcə referenduma gedin sonra sülhdən danışarıq."

Günel Məlikzadə