Bağçılıqla məşğul olmaq bu xəstəlikdən qoruyur
    • 30-06-2024, 18:07
    • 221

Bağçılıqla məşğul olmaq bu xəstəlikdən qoruyur


Yeni bir araşdırmaya görə, bağçılıq işləri ilə məşğul olmaq beyni sağlam saxlayır.

News24.az medicina.az-a istinadən xəbər verir ki, Edinburq Universitetində psixoloqlar tərəfindən aparılan araşdırma çərçivəsində yüzlərlə şotlandiyalının həyat tərzləri və tibbi vəziyyətləri demək olar ki, bir əsr ərzində izlənilib.

Nəticədə insanın beyin sağlamlığını qorumağın yolları ilə bağlı əhəmiyyətli amillər tapılıb.

Araşdırmaya görə, bağça işlərinə sərf olunan vaxt insanları 80 yaşa qədər demensiyadan qoruya bilər.

Üstəlik bu iqtisadi vəziyyətindən və təhsilindən asılı olmayaraq hamı üçün keçərlidir.

"Journal of Environmental Psychology" jurnalında dərc olunan məqalə belə yekunlaşır:

"Bağçılığın zehni stimullaşdırıcı təbiəti, hələ nisbətən öyrənilməmiş olsa da, hətta yaşlı yaşlarda belə beyinə fayda verə bilər".

Tədqiqatçılardan biri olan Cillian Kansıll bildirib ki, insanlar çox vaxt bağçılığın gətirə biləcəyi faydaları dərk etmirlər.

"Alaq otlarını təmizləmək, torpağı qazmaq, bitkiləri əkmək əllərin gücünü artırır. Araşdırmalar göstərdi ki, bu, beyin sağlamlığını da artıra bilər. Həmçinin, öz qidanızı yetişdirmək daha sağlam qidalanmaqda da rol oynayır".

Qeyd edək ki, tədqiqatın aparıldığı Şotlandiyada hazırda 100 min nəfər demensiya ilə mübarizə aparır. Bütün ölümlərin 13 faizi bu xəstəlikdən qaynaqlanır.

Sağlam olmayan həyat tərzi xəstəliyin inkişaf riskini artırır. Beyni aktiv saxlamaq və kifayət qədər yuxu almaq xəstəliyin qarşısını almağa kömək edə bilər.