Su-25 qırıcısının pilotu öldü
    • 2-07-2024, 16:44
    • 156

Su-25 qırıcısının pilotu öldü

Gürcüstan Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada bu gün keçirilən hərbi təlim zamanı Gürcüstan Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən birinin qəzaya uğradığı bildirilib.

News24.az xəbər verir ki, qəza nəticəsində bir pilotun öldüyü bildirilən açıqlamada bunlar qeyd edilib:

"Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həyatını itirib. Hadisənin müəyyən edilməsi məqsədilə nazirliyin müvafiq qurumları tərəfindən ətraflı araşdırma aparılır”.

Açıqlamada qəza nəticəsində həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Gürcüstan mətbuatında çıxan xəbərlərə görə, təyyarə Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində qəzaya uğrayıb.

Günel Məlikzadə