Macarıstan Aİ Şurasının sədri oldu
    • 1-07-2024, 11:51
    • 160

Macarıstan Aİ Şurasının sədri oldu

İyulun 1-də Avropa İttifaqı Şurasının sədrliyi Macarıstana keçib.

News24.az "RİA Novosti"-ə istinadla xəbər verir ki, Macarıstan bu mövqeyi Belçikadan götürüb.

"Gəlin, Avropanı yenidən möhtəşəm edək!" – Macarıstanın Aİ Şurasına sədrliyinin devizi belə olub. 

Həmçinin qeyd olunub ki, Macarıstan Avropa İttifaqını əvvəlki rəqabət qabiliyyətinə qaytarmağa çalışacaq.

Qeyd edək ki,  Budapeşt iyulun 1-də estafeti Belçikadan təhvil alacaq, dekabrın sonunda isə rotasiya qaydasında onu Polşaya ötürəcək.

Məryəm