Asteroidlərdə su var?
    • 1-07-2024, 12:17
    • 171

Asteroidlərdə su var?

Günəşə olan məsafələri eyni olmadığı üçün müxtəlif ölçü, forma və materiallardan ibarət olan asteroidlər insanlara Günəş sisteminin əmələ gəlməsi, suyun və həyatın mənşəyi haqqında mühüm məlumatlar verir.

News24.az xəbər verir ki, elm adamlarının bu yaxınlarda asteroidlərlə bağlı apardıqları araşdırmalar bunlardır.

Yer kürəsində təbii ehtiyatların tükənməsi, xammala olan ehtiyacın artması insanları müxtəlif axtarışlara sürükləyir. Asteroidlər təmin etdikləri xammal və qiymətli mineralların bolluğu sayəsində cəlbedici həll yoluna çevrilirlər. Gələcəkdə kosmos mədənçiliyinə daha çox üstünlük veriləcəyi gözlənilir. Çünki bu, ətraf mühitə dəyən ziyanı azaldır, eləcə də texnologiya sektorunda istehsalın maya dəyərini aşağı salır.

Asteroidlərin orbitlərini və davranışlarını başa düşmək Yer kürəsini potensial fəlakətlərdən qorumaq üçün strategiyaların hazırlanması üçün çox vacibdir. Erkən aşkarlama sistemləri və izləmə proqramları bu obyektlərin hərəkətini izləməyə, toqquşma ehtimallarını hesablamağa və lazımi tədbirləri görməyə imkan verir.

Onu da qeyd edək ki, NASA və Alman Aerokosmik Mərkəzi (DLR) ilə birgə fevralın 15-də aparılan müşahidələrdə İris və Massalia asteroidlərinin səthində su molekullarının olduğu müəyyən edilib.

SOFIA teleskopu ilə edilən bu aşkarlamalar asteroidlərin səthində suyun varlığını təsdiqləyən ilk kəşf olaraq qeyd edildi və eyni zamanda Ayın səthində də oxşar su izlərinin olduğunu göstərdi. Bu inkişafların Günəş sistemində və ondan kənarda mümkün həyat formaları ilə bağlı araşdırmalara işıq tutacağına diqqət çəkilir.


Günel Məlikzadə