Netanyahu: "Biz buna son qoymayacağıq"
    • 1-07-2024, 12:24
    • 53

Netanyahu: "Biz buna son qoymayacağıq"

İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında Qəzza zolağında davam edən hücumlarla bağlı açıqlamalar verib.

News24.az bildirir ki, ABŞ prezidenti Co Baydenin mayın 31-də təqdim etdiyi məhbusların azad edilməsi sazişini dəstəklədiyini vurğulayan Netanyahu, “Bu gün hamı sadə bir həqiqəti bilir. Məhkumlarımızın azadlığa buraxılmasına yeganə maneə "HƏMAS"dır".

Netanyahu əlavə edib ki, Qəzza zolağındakı 120 məhbusun hamısının geri qaytarılmasının siyasi və hərbi təzyiqlərin birləşməsi ilə mümkündür:

“Bu məqsədlərə nail olacağına şübhə edən hər kəsə bir daha deyirəm, heç nə qələbənin yerini tuta bilməz. Döyüşçülərimiz əbəs yerə həlak olmayıblar. Biz bütün məqsədlərimizə çatana qədər müharibəni bitirməyəcəyik", - deyə, o fikirlərini belə yekunlaşdırıb.

Məryəm