Güclü yağış küçələri gölə çevirdi - FOTO
    • 1-07-2024, 12:53
    • 182

Güclü yağış küçələri gölə çevirdi - FOTO

Türkiyədə rayonların hər yerində axşam saatlarında intensivliyini artıran leysan səhərə qədər davam edib.

News24.az xəbər verir ki, Qurtuluş rayonunda evləri və iş yerlərini,  küçə və prospektləri su basıb.

Efkaf rayonunda Şehit Sercan Öklük İbtidai məktəbi və Fatsa Xüsusi Təhsil Təcrübə Məktəbinin bağlarını su basıb.

Komandalar burada suyun boşaldılması və təmizlənməsi üçün maşınlarla ilə işə başlayıb.

Bəzi məntəqələrdə sel suları ilə yola yığılmış dağıntılar təmizlənib.

Onu da qeyd edək ki, ən çox yağıntı Türkiyə daxilində təsirli olan Fatsa rayonunda qeydə alınıb.

41,2 mm yağıntı alan Fatsa rayonunu 37,7 mm ilə Samsun Ayvacık və 37,6 mm yağıntı ilə Isparta Eğirdir izləyib.

Digər tərəfdən, Meteorologiya Baş İdarəsinin rəsmi internet saytından əldə edilən məlumatlara görə, leysan yağışların gün boyu davam edəcəyi təxmin edilir.

Günel Məlikzadə