-
- 2-07-2024, 21:10
- 287
Fransada namizədlər geri çəkilir
Fransada mərkəz və sol partiyalar Le Penin hakimiyyət yolunu kəsmək üçün hərəkətə keçib.
News24.az xəbər verir ki, Prezident Emmanuel Makron və solçu koalisiyasının ifrat sağçılara mane olmağa çalışdığı seçkilərin ikinci turu öncəsi ən azı 200 namizəd yarışdan geri çəkilib.
Rəqiblər ümid edirlər ki, bazar günü keçiriləcək ikinci turdan əvvəl taktiki geri çəkilmə Marin Le Penin ifrat sağçı Milli Ralli partiyasının 577 yerlik Milli Assambleyada 289 yerin mütləq əksəriyyətini qazanmasına mane olacaq.
Qeyd edək ki, ötən bazar günü Fransada keçirilən seçkilərdə ifrat sağçı lider Marin Le Penin Milli Birlik partiyası 33,15 faiz səs toplayaraq birinci yeri tutub.
Sözügedən taktika keçmiş seçkilərdə Le Penin qarşısını almağa çalışıb, lakin Fransa mediası Le Penə dəstəyin əvvəlki seçkilərlə müqayisədə xeyli artdığına diqqət çəkib.
Əgər Le Pen iyulun 7-də keçiriləcək seçkilərdə üstünlüyü əldə etsə, ölkənin baş naziri vəzifəsinə keçəcək və prezident Makronun siyasətindən fərqli siyasət yürüdə bilər.
Günel Məlikzadə