İngiltərədə Leyboristlər Partiyası qalib gəldi
    • 5-07-2024, 22:10
    • 159

İngiltərədə Leyboristlər Partiyası qalib gəldi

İngiltərədə Keir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası 14 illik sağçı Mühafizəkarların hakimiyyətinə son qoyaraq ümumi seçkilərdə böyük qələbə qazanıb.

News24.az xəbər verir ki, İngiltərənin yeni baş naziri olacağı dəqiq olan Starmer, qələbədən sonra verdiyi açıqlamada "Biz bunu bacardıq" deyib.

Stamer hökuməti formalaşdırmaq mandatı almaq üçün Kral III Çarlzı ziyarət edəcək.

Baş nazir kürsüsü ilə vidalaşan Rişi Sunak nəticələri "fəlakət" kimi şərh edərək, məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdüyünü əlavə edib.

Starmerə zəng edərək qələbəsini təbrik etdiyini deyən Sunak, "Bu gün bütün tərəflərin xoş niyyəti ilə iqtidar dinc və nizamlı bir şəkildə əl dəyişdirəcək" deyib.

Londonun mərkəzində keçirilən qələbə mitinqində 61 yaşlı Starmer onu alqışlayan fəallara "dəyişiklik buradan başlayır" deyib və "öncə ölkə, ikinci partiya" deyərək "milli yenilənmə onilliyi" vəd edib.

Lakin Leyboristlər xəbərdarlıq edib ki, dəyişiklik "bir gecədə gəlməyəcək".

Günel Məlikzadə