Bu göldə "beyin yeyən" parazit aşkarlandı
    • 6-07-2024, 17:34
    • 193

Bu göldə "beyin yeyən" parazit aşkarlandı

İsraildə Tiberiya gölünün suyunun zəhərli olduğu açıqlanıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki,  göldə ölümcül mikroorqanizmlər olduğu bildirilib.

Göldə istirahət edən 25 yaşlı yerli sakin "naegleria fowleri" amöbünə yoluxub. Xəstəxanaya yerləşdirilən gəncin reanimasiya şöbəsində kritik vəziyyətdə olduğu vurğulanıb.

Bundan sonra yerli administrasiya həyəcan təbili çalıb. Ölkənin Səhiyyə Nazirliyinin müfəttişləri yoxlama aparmaq və sonrakı tədqiqat üçün əraziyə yollanıblar.

Qeyd edək ki, "beyin yeyən" parazit kimi də tanınan "naegleria fowleri"nin səbəb olduğu ölümcül xəstəliyin əsas simptomları qızdırma, baş ağrısı, qusma və qıcolmalardır.