“Şeyx” xəzinə üçün 8 yaşlı uşağın əllərini kəsərək öldürdü
    • 9-07-2024, 19:13
    • 219

“Şeyx” xəzinə üçün 8 yaşlı uşağın əllərini kəsərək öldürdü

Misirdə itkin düşən 8 yaşlı uşaq əlləri kəsilərək öldürülmüş halda tapılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisəni araşdıran prokurorlar qətlin qanunsuz tarixi əsər qazıntısı ilə bağlı olduğunu iddia ediblər. Polis qətllə əlaqədar uşağın qohumları olan 3 qardaşı saxlayıb.

Prokurorluğun açıqlamasına görə, şübhəlilərdən ikisi cinayəti qeyri-qanuni qazıntı ilə qədim Misir xəzinələrini ələ keçirmək istəyən bir "şeyx"ə uşağın əllərini satmaq üçün törətdiklərini bildirib.

Qeyd edək ki, daha əvvəl də Misirdə oxşar hadisə baş verib. 2021-ci ildə bir gəncin öldürülməsi və əzalarının kəsilməsi xəbəri yayılmışdı. Yerli mətbuatın məlumatına görə, gəncin əmisi, bibisi və əmioğluları qətli törətdiklərini etiraf edərək, qədim məzarlardan birinin açılması üçün gəncin cansız bədənini ruha qurban verdiklərini bildiriblər.