Atadan qızına SƏRT CƏZA
    • 9-07-2024, 13:07
    • 174

Atadan qızına SƏRT CƏZA

Çinli bir kişi televizora baxdığına görə cəza olaraq üç yaşlı qızına bir qabı göz yaşları ilə doldurmağı əmr edib.

News24.az xəbər verir ki, virallaşan videoda görünür ki, Jiajia adlı qız əlində qab tutaraq  göz yaşlarını özündən sıxmağa çalışarkən anası və atası ona baxırlar. Valideynlər qızlarına çox uzun müddət televizora baxdığı üçün dərs vermək qərarına gəlsələr də, onların valideynlik üsulları sosial şəbəkə istifadəçiləri arasında reaksiyalara səbəb olub.

Məlum olub ki, uşağın atası nahar hazırlamaqla məşğul olub və qızından süfrəyə gəlməsini istəyib. Lakin o, televiziya verilişinə baxdığı üçün eşitməyib və buna görə də atası əsəbləşərək televizoru söndürüb.  Jiajianın ağlamağına səbəb olan bu hadisədən sonra  ata qızına bir qab verərək göz yaşları ilə doldurmalı olduğunu deyib. 

Qız atasının göstərişlərinə əməl etməyə çalışsa da, sonda bu işin öhdəsindən gələ bilməyəcəyini etiraf edib. Bundan sonra ata Jiajiadan onun üçün gülümsəməsini istəyib.

Məryəm