Qəzzada atəşkəs: Sisi və CIA direktoru Burns görüşdü
    • 9-07-2024, 15:16
    • 153

Qəzzada atəşkəs: Sisi və CIA direktoru Burns görüşdü

Misir Rəyasət Heyətindən verilən açıqlamada bildirilib ki, prezident Əbdülfəttah əs-Sisi bu gün Qahirədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns ilə Qəzzada atəşkəsə nail olmaq səylərini müzakirə edib.

News24.az xəbər verir ki, danışıqların çərçivəsi ABŞ prezidenti Co Baydenin mayın 31-də açıqladığı üç mərhələli atəşkəs təklifidir.

İsrail və Misir arasında aparılan danışıqlarda Rəfah Sərhəd Qapısının rəhbərliyi də masa arxasındadır. İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi mümkün razılaşmada tələb etdiyi maddələri əsas şərtlər olaraq açıqlayıb.

NETANYAHUNUN TƏLƏBLƏRİ

İlk tələb “İsrail öz məqsədlərinə çatana qədər Qəzzaya yenidən hücum etmək hüququnu özündə saxlaması” şərti olaraq elan edilib.

Həmçinin Misirdən Qəzzəyə "silah qaçaqmalçılığı"nın və minlərlə Həmas üzvünün Qəzzanın şimalına qayıtmasına icazə verilməyəcəyi bildirilib.

Bununla belə, Netanyahu daxili ictimai rəyin böyük təzyiqi altındadır. İsrailin baş naziri siyasi səbəblərə görə HƏMAS ilə girovların dəyişdirilməsi sazişi bağlamamaqda ittiham olunur.

Günel Məlikzadə