Qəzzada atəşkəs: İsrailin danışıqlar qrupu Dohada
    • 10-07-2024, 15:16
    • 172

Qəzzada atəşkəs: İsrailin danışıqlar qrupu Dohada

Misir mətbuatı dünən Qəzzada atəşkəs elan etmək üçün danışıqların Qətərin paytaxtı Dohada yenidən başlayacağını açıqlayıb.

News24.az xəbər verir ki, İsrailin danışıqlar qrupu Qəzzada atəşkəs və girovların azad edilməsini müzakirə etmək üçün bu gün Qətərin paytaxtı Dohaya gəlib.

MOSSAD prezidenti David Barnea, Şin Betin prezidenti Ronen Bar və İsrail Müdafiə Qüvvələrinin (IDF) əsas siması general-mayor Nitzan Alonun rəhbərlik etdiyi İsrail nümayəndə heyətinin bu gün ABŞ, Misir və Qətər rəsmiləri ilə görüşü gözlənilir.

Qeyd edək ki, İsrail və HƏMAS arasında 9 aydır davam edən hücumlara son qoymaq üçün Misir və Qətər vasitəçilik edir.

Günel Məlikzadə