Qəzzada atəşkəs olacaqmı?
    • 7-06-2024, 23:59
    • 196

Qəzzada atəşkəs olacaqmı?

Sahədə qarşıdurmalar tam sürətlə davam edərkən, Qəzzada atəşkəs üçün danışıqlar davam edir. Qətər bildirib ki, HƏMAS ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs razılaşması və İsraillə məhbus mübadiləsi ilə bağlı son təklifi üzərində işləməyə davam edir. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari məsələ ilə bağlı Qətərin rəsmi xəbər agentliyi olan QNA-ya açıqlama verib.

News24.az xəbər verir ki, “Vasitəçilər hələ də HƏMAS-dan İsrail işğalı ilə atəşkəs və əsir mübadiləsi sazişi ilə bağlı son təklifə cavab almayıblar”, - deyə Ansari bildirib.

 O, bildirib ki, HƏMAS təklifi hələ də araşdırır.

Qətərin Misir və ABŞ ilə ortaq vasitəçilik səylərinin davam etdiyini bildirən Ənsari, “Xüsusən də hazırkı danışıqlar vəziyyətinin həssaslığını nəzərə alaraq, mediada yer alan yalan xəbərlərə əhəmiyyət verməmək və rəsmi mənbələrdən başqa etibarlı olmayan media xəbərlərini görməməzlikdən gəlmək lazımdır" deyib.

Günel Məlikzadə