13 ildə ilk: Suriya və Səudiyyə Ərəbistan..
    • 10-07-2024, 15:38
    • 183

13 ildə ilk: Suriya və Səudiyyə Ərəbistan..

Suriya ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi davam edir. İki ölkə arasında münasibətlərin yenidən qurulması çərçivəsində bu gündən etibarən kommersiya uçuşları təxminən 13 ildən sonra yenidən başlayıb.

News24.az xəbər verir ki, Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan Suriya Hava Yollarına məxsus ilk təyyarə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına çatıb.

Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri Ayman Soussan açıqlamasında bildirib ki, uçuşların bərpası iki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində atılan növbəti addımdır.

Qeyd edək ki, Suriyalı zəvvarlar keçən ay birbaşa uçuşla Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gediblər.

Səudiyyə Ərəbistanı 2012-ci ildə Əsədin “Ərəb baharı” üsyanları zamanı etirazçılara sərt müdaxiləsi və təzyiqi səbəbindən Suriya ilə əlaqələri kəsib.

Ötən ildən bir çox ərəb ölkələri Suriya ilə münasibətlərini normallaşdırmağa başlayıb.

Günel Məlikzadə